Mərkəzi Bankın rəhbəri istefaya göndərildibackend

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İraqın Mərkəzi Bankının rəhbəri Mustafa Qalib Mukxifi istefaya göndərib.

“Yeni Gundem” xəbər verir ki, məlumatı İraq KİV-i yayıb.

Bildirilib ki, buna ölkənin milli valyutası olan dinarın kursunun aşağı düşməsi səbəb olub.

Məlumata görə, Mərkəzi Bankın rəhbəri vəzifəsinə yenidən Möhsün əl-Alak təyin edilib.

Qeyd edək ki, Möhsün əl-Alak daha əvvəl ötən il bu vəzifədə çalışıb.

Hazırda İraqda bir dollar 1 620 dinardır. Yeni rəhbərə milli valyutanın kursunu sabitləşdirmək tapşırılıb.

Xatırladaq ki, İraq Mərkəzi Bankının adı İrana dollar ötürməkdə də hallanır.

Report