“Məsələ vaxtında həll olunsaydı bəlkə də bu qədər yayılmazdı”-Deputat Gədəbəy hadisəsindən danışdıbackend

Fikrimcə, yerli icra orqanları əhali ilə daha sıx işləməlidir. İnsanları narahat edən məslələri həll etməlidirlər. Bu hamıya aiddir.

Bu sözləri “Yeni Gundem” –ə Millət vəkili Rüfət Quliyev müsahibəsi zamanı deyib.

Deputat sözlərinə belə davam edib:

“Məsələ vaxtında həll olunsaydı bəlkə də bu qədər yayılmazdı. İcra başçıları, deputatlar insanlarla daim təmasda olmalıdırlar.

Hüquq-mühafizə orqanları məsələyə cavab verəcək.Baş Nazir cənab prezidentdən tapşırıq alandan sonra komissiya yaratmalıdır?. Bütün məsələlər cənab prezidentə qalxmalıdır? Olmazdı yerində həll etmək?. Bunu yerində həll edin.

Təkliflə cənab prezidentə müraciət edin. Xarici şirkətin belə bir səhvi var. Həllini tapmaq lazımdır. Heç kim heç nə demir. Niyə?. Sosial şəbəkələr var. Tutaq ki, 70%-i şişirdir. Axı obyektiv olanları çoxdur. Od olmasa, tüstü hardan olar?”,-deyə o qeyd edib.

Fərahim Rəhimov