Məşhur müğənni: “Uşaq dünyaya gətirməməliyik, çoxalmamalıyıq, siçanlardan betər olduq”backend

Bodrumda keçirilən ətraf mühitlə bağlı tədbirdə çıxış edən Sərtab Erenerin işlətdiyi ifadələr hər kəsi hiddətləndirib.

“Yeni Gündəm” xəbər verir ki, müğənni qadınların artıq uşaq dünyaya gətirməməli olduğunu bildirib:

“Hər gün yola çıxanda sağa-sola baxmamağa çalışıram, çünki həqiqətən çox kədərlidir. Ən böyük problemimiz isə uşaqdır. Milyardlarla insanıq. Bir az dayanaq. Artıq uşaq dünyaya gətirməməliyik, çoxalmamalıyıq. Siçanlardan betər olduq, hətta onlar belə bizdən az çoxalır”.

Erenerin mövzu ilə əlaqədar söylədikləri tədbirə qatılan vətəndaşların sərt reaksiyasına səbəb olub. Onun bu çıxışı yersiz və hörmətsizlik kimi qiymətləndirilib.