Məşhur xəbər agentliyinin redaktoru itdibackend

Məşhur xəbər agentliyi “İnterfaks”ın redaktoru Marqarita İqnatova Moskvada itib.

“Yeni Gundem” “RİA Novosti”yə istinadən xəbər verir ki, jurnalistlə dünəndən əlaqə kəsilib. Mobil telefonuna zəng çatmayan Marqarita sonuncu dəfə noyabrın 17-də səhər saatlarında kilsədə olub. Kilsədən çıxdıqdan sonra isə ondan xəbər alınmayıb.
Marqarita agentliyə də getməyib.