Mikrofonun açıq olduğunu unudub deputatı təhqir etdi – VİDEObackend

Ermənistan parlamentində müstəqil millət vəkili Taquhi Tovmasyanın çıxışı zamanı vitse-spiker Lena Nazaryan mikrofonu söndürməyi unutaraq həmkarını “axmaq” adlandırıb.

“Yeni Gündəm” xəbər verir ki, bu, Tovmasyanın ölkə səlahiyyətlilərini hərbçilərin cəsədlərinin nalayiq və təhqiramiz şəraitdə saxlanılmasına görə tənqid edərkən baş verib. Onun çıxışından sonra Nazaryan açıq mikrofona “idiot”  ifadəsini sakit səslə desə də hər kəs tərəfindən eşidilib.

Deputat növbəti çıxışında Nazaryanın işlətdiyi ifadənin eşidildiyi videogörüntülərin sosial şəbəkələrdə yayıldığını bildirib. O, bu hərəkətinə görə vitse-spikerdən üzr tələb edib.

“Xanım Nazaryan, kobud davranışlarınız üçün tribunadan üzr istəməyinizi tələb edirəm, əks halda daha sərt olacam. Çıxışımdan sonra hər hansı bir qiymətləndirmə vermək hüququnuz yoxdur”,- deyə T. Tovmasyan qeyd edib.

Lena Nazaryan isə hələ ki, hadisə ilə bağlı üzrxahlıq etməyib.