Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edibbackend

Milli Məclis 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

“Yeni Gundem”-in məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərməyi təklif edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.