Minik avtomobili yük maşını ilə toqquşub – Ölən var / Azərbaycanbackend

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

“Yeni Gündəm” xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //APA