Minlərlə qaçqının olduğu düşərgə karantina alındıbackend

Yunanıstanın paytaxtı Afina yaxınlığındakı minlərlə mühacirin yaşadığı Malaska qaçqın düşərgəsi karantina alınıb.

“Yeni Gündəm” xəbər verir ki, buna səbəb düşərgədə yaşayan 53 yaşlı Əfqanıstan vətəndaşında koronavirusun aşkarlanmasıdır.

Qeyd edək ki, bundan əvvəl 3000-ə qədər qaçqının yaşadığı Riçona düşərgəsi karantina alınıb. Düşərgədə 20 qaçqında koronavirus aşkarlanıb.