Müəllimənin qısa geyimi gündəm oldu – Şagirdlərin fikri yayınır / FOTObackend

Müəllimin geyimi müzakirələrə səbəb olub.

“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl təhsil müəssisəsindən birində çalışan müəllimin geyim tərzi sosial mediada müzakirə obyektinə cevrilib.

Mini yubkada dərs deyən və özünü lentə alan qadın müəllim həmin görüntüləri sosial şəbəkədə paylaşıb. İqtisadiyyatla bağlı dedikləri deyil, daha çox qısa geyimi ilə müzakirə olunan qadın müəllim buna görə tənqid olunub.

Tənqid edənlərlə yanaşı, müəllimə dəstək olanlar da az olmayıb. Sosial media istifadəçilərinin bəziləri müəllimin fenomen olduğunu, izləyicilərinin sayını artırmaq üçün bu addımı atdığını qeyd ediblər.

Müəllimin paylaşdığı videodan sonra izləyicilərinin sayının artması iddiaları təsdiqləyib. / azxeber