Müharibə vaxtı kişilərin xaricə getməsinə icazə verilməyəcəkbackend

Ukraynada çağırış yaşında olan kişilərin ölkədən çıxmasına icazə verilməyəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal açıqlama verib.

“Hərbi vəziyyət dövründə bu planlaşdırılmır. Burada kişilər qərar verir, amma yenə də hesab edirəm ki, müharibə dövründə bütün kişilər Ukraynada qalmalıdır”, – o vurğulayıb.

Hazırda hərbi vəziyyətlə bağlı 18-60 yaş arasında kişilərin Ukraynadan çıxışına qadağa qoyulub.