Navalnının tapdığı sarayın sahibi ÜZƏ ÇIXDI: İki-üç ilə… – FOTObackend

Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən Qara dənizdəki dəbdəbəli sarayın sahibi üzə çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, “Mash” “Telegram” kanalına müsahibə verən rusiyalı biznesmen Arkadi Rotenberq Gelencikdeki imarətin sahibi olduğunu deyib.

Prezident Vladimir Putinə yaxın olduğu deyilən sahibkar, Qara dəniz sahilindəki əmlakı bundan bir neçə il əvvəl aldığını iddia etsə də, sövdələşmənin dəqiq vaxtını açıqlamayıb.

Rotenberqin sözlərinə görə, bina iki-üç ilə qonaqların üzünə açılacaq oteldir.

Bildirək ki, müxalifət lideri Aleksey Navalnı yeni yayımladığı videoda bildirib ki, sözügedən saray Vladimir Putinə aiddir. O, iddia edir ki, sarayın inşası üçün qanunsuz vəsaitlər cəlb olunub.ildirib.

image-arkadi_rottenberq