Nazarbayev: “Hazırda paytaxtda istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”backend

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev qazax xalqına videomüraciət ünvanlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Nazarbayev xalqı Prezident Kasım-Jomart Tokayevin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.

O, hazırda Qazaxıstanda olduğunu və ölkəni tərk etmək niyyətində olmadığını əlavə edib.

“Mən təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiqli istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”, – Nazarbayev qeyd edib.