Nərmin Hüseynzadə:Gənclərin elmə və təhsilə olan marağının artmasına kömək etməliyikbackend

YAP Gənclər birliyin sədri kimi qarşınıza qoyduğunuz əsas hədəf, ən azı ilkin mərhələdə nədən ibarətdir?

Gənclərə elmə və təhsilə olan marağın artmasına kömək etmək, Milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun yüksəldiməsinin, ideoloji prinsiplərimizin təbliği və sağlam həyat tərzinin formalaşdırılması, gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin asudə vaxtının səmrəli təşkilindən ibarətdir.

Azərbaycanda aparılan islahatları necə dəyərləndirirsiniz?

Cənab Prezident İlham Əliyevin düşünüb ortaya qoyduğu ideyalar və şəxsi təşəbbüsü sayəsində inqilabi iqtisadi, sosial islahatlar aparılır ki, bu da son nəticədə əhalinin yaşayışını yaxşılaşdırır və dövlətimizin qüdrətini artırır. Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir: “İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatlar hesabına uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsinə də şərait yaradıb. Müasir çağırışlara uyğun olaraq artıq islahatların yeni bir mərhələsi, xüsusilə kadr və struktur islahatlarının aparılması zərurətə çevrilib.

Gənclərin fəaliyyəti ilə bağlı nə demək istərdiniz-?

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.

Sizcə, ölkəmizdə dövlət qadın siyasətinin əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər. Bu gün də yeni-yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.

Yenigundem.az