Nigeriyada sarı qızdırmadan 14 nəfər ölübbackend

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada sarı qızdırma epidemiyasının ölkənin 10 əyalətinə yayıldığı bildirilib.

“Yeni Gündəm” xəbər verir ki, açıqlamada qeyd olunub ki, bu bölgələrdə 1179 sarı qızdırma hadisəsi aşkarlanıb, epidemiya səbəbindən 14 nəfər ölüb.

Bildirilib ki, hökumət epidemiya ilə bağlı tədbir görüb və səhiyyə ocaqlarına sərbəst nəzarətə başlanılıb.