Peskov Donbasa səfər etdibackend

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.

“Yeni Gundem” xəbər verir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim”, o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı “LXR” və “DXR”in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.

APA