Pornoulduzdan ”Çelsi”nin üzvü ilə bağlı etiraf: “Hamının içində məni öpməyə çalışdı və…”backend

‘Only fans” modeli və tanınmış pornoulduz Paula Saulino adını çəkmək istəmədiyi ”Çelsi”nin bir oyunçusu ilə bağlı etdiyi etiraflarla gündəmi zəbt edib.

İngiltərə mətbuatına açıqlama verən italiyalı xanım həmin futbolçu ilə cinsi əlaqədə olduğunu etiraf edib:
”Biz bağ evində keçirilən əyləncə zamanı görüşdük. Dərhal yanıma gələrək özünü təqdim etdi və tanış olduq. Gözünü bir an olsun məndən çəkmirdi. Qoxusu və alicənablığı xoşuma gəldi. Həm də hamının içində məni öpməyə çalışdı. Sonra onun maşınına gedərək orda sevişdik. Amma dostları gələndə dayanmalı olduq. O, gecəboyu çox rəqs edir və içirdi. Həmin gün mənə nömrəsini də qoydu və daha sonra onunla Londonda da görüşdüm. Görüşə bilmədiyimiz vaxtlarda bəzən məndən lüt şəkillərimi göndərməyi istəyirdi. Hər dəfə ”bu, axırıncıdı” deyərək yenə şəkil istəyirdi. Bu oyun mənim xoşuma gəlirdi. Amma bir gün öyrəndim ki onun münasibətdə olduğu xanım var imiş. Bunu bildikdən sonra məndən uzaqlaşdı və əlaqəni kəsdi. Üstəlik meneceri də mənimlə kobud rəftar edərək bir daha bu futbolçunu narahat etməməyimi istədi. Bu hadisədən sonra səhərə qədər ağladım. Bunu ona görə danışıram ki, xanımlar diqqətli olsun. Bu şəxs sevgilisi ola-ola sadəcə məndən istifadə etdi. Özümü alçalmış hesab etdim. Halbuki ona bağlanmışdım. Belələrindən uzaq durun”. (football-plus.az)