Zəfər gününə həsr olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan çıxış edərək bir sıra vacib məqamlara növbəti dəfə toxundu. Birincisi, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsinə kimi keçdiyi yol, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordu quruculuğu istiqamətində atılmış addımlar, ordumuzun 44 gün ərzində şücaəti, qəhrəmanlığı, şəhidlərimizin qazilərimizin, canı, qanı bahasına ordumuzun rəşadəti nəticəsində döyüş meydanında düşmənə qalib düşmən üzərində əldə etdiyimiz tarixi qələbədən bəhs etdi.
Bunları mövzu ilə bağlı “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Cavid Osmanov deyib.“Eyni zamanda, digər bir tərəfdən məhz işğaldan 44 günlük, daha sonra bölgədə yaranmış yeni geosiyasi reallıq və bu istiqamətdə Azərbaycan tərəfinin atdığı addımlar Azərbaycanın sülh tərəfdaşı olduğunu, bunun üçün Ermənistana beş baza prinsiplilik maddəlik prinsipləri irəli sürülməsi və bölgədə tərəqqinin inkişafının təhlükəsizliyinin təmin olunması üçün Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuladı və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərini həyata keçirildiyini də qeyd etdi. “
Milli Məclisin deputatı Prezidentin Ermənistana xəbərdarlığ, onun havadarlarına isə ciddi mesaj verməsini vurğuladı.
“Digər bir tərəfdən, əlbəttə ki, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırdığını qeyd etdi və bir daha Ermənistana ciddi xəbərdarlıq etdi ki, onlar revanş düşüncəsinə düşərlərsə və Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatlar törədərsə bu dəfə cavabımız daha qətiyyətli və daha sərt olacaq. Azərbaycan Silahlı Qüvvələri buna hər zaman hazırdır və qadirdir. Eyni zamanda, Ermənistanın havadarlarına da Azərbaycan prezidenti çox ciddi mesajlar verdi. Birincisi, elə Azərbaycan prezidenti də onu qeyd etdi ki, İslam dini abidələrinin işğal altında olan müddətdə Ermənistan tərəfindən 67, məsciddən 65 ni tamamilə darmadağın etmiş və ikisi də təhqir edərək müxtəlif heyvanlar saxlamış və belə bir ölkənin rəhbərinə hər hansısa bir islam ölkəsinin rəhbəri qucaq açırsa, onu qarşılayırsa. Bu, əlbəttə ki, riyakarlıqdır və bu son zamanlar görürük ki, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən İran Ermənistanla həmrəylik nümayiş etdirir və eyni zamanda özü özlüyündə düşünür ki, Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlər keçirməklə guya ki, Azərbaycana güc nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Müzəffər, Ali Baş Komandan, məhz Azərbaycan indi güclü və qüdrətli olduğunu bir daha xatırlatdı və Azərbaycanla hər hansı bir güc yolu ilə təzyiq yolu ilə danışmaq indi sıfıra bərabərdir və Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir. Eyni zamanda, Rusiya sülhməramlı kontingent, hansı ki, müvəqqəti olaraq Azərbaycan ərazilərində yerləşdirilirdi, onların nəzarət etdiyi yerdə hələ də separatizm baş qaldırır, onlara silah, sursat daşınır və bu, əlbəttə ki, yolverilməz bir haldır və tam əksinə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın ruhuna da ziddir Və bir daha deyirəm ki, tam əksinə, oradan indiyə kimi silahlı birləşmələr sülhməramlı kontingenti yerləşdirdikcə. Onlar artıq o əraziləri tərk etməli idilər. Erməni terrorçuları erməni silahlı birləşmələri. Amma təməlində biz görürük ki, orada həmin separatçılar, terrorçular 10 noyabr 2000-ci il tarixli üçtərəfli bəyanata qarşı olaraq onlar silahlanır və separatizmi yenidən baş qaldırmaq niyyətindədir. Ermənilər tərəfindən və eyni zamanda Ermənistan bu günə kimi Zəngəzur dəhlizi ilə bağlı da Azərbaycan tərəfinə marşrutu ilə təqdim etməyib. Bu da eyni zamanda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir. Azərbaycan Prezidenti bir daha sülhməramlı kontingentin Azərbaycan ərazisində bundan sonra nə qədər qalacağını da xüsusi vurğladı. Digər bir tərəfdən, əlbəttə ki, Fransa Ermənistana, hansı ki, böyük siyasi və mənəvi dəstək verir, Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmək niyyətindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha xüsusi vurğuladı ki, belə əsassız qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil və bununla Azərbaycana hər hansı bir təsir etmək mümkün deyil. Azərbaycan Prezidenti müstəqil siyasət Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət yürütməkdə davam edir. Bir sözlə, Azərbaycan prezidenti Ermənistana və onun havadarlarına çox ciddi mesajlar vermiş oldu.”