Prezidentin general rütbəsi verdiyi polislər kimdirbackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm” “Unikal”-a istinadən xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir.

Ali hərbi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir.

General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir.

Prezident tərəfindən Ali hərbi rütbəyə layiq görülən digər polis zabiti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Sərdar Süleyman oğlu Səfərovdur.