Putin hərbi xidmətlə bağlı QƏRAR VERDİ – Yaş həddi…backend

Rusiya prezidenti Vladimir Putin “Hərbi xidmət keçmə qaydası haqqında” əsasnaməyə dəyişiklik edib.

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, Putinin fərmanına əsasən, hərbi qulluqçuların – federal icra hakimiyyəti orqanlarının və dövlət orqanlarının rəhbərlərinin 70 yaşı tamam olduqdan sonra hərbi xidmətini davam etdirməsinə icazə verilib.

Müvafiq sənəd bazar ertəsi hüquqi aktların rəsmi portalında dərc olunub.

Belə ki, fərmanla edilən dəyişikliklər yaş həddini ləğv edib.

Qeyd edək ki, bununla bağlı yaş həddi 70 yaşa qədər nəzərdə tutulmuşdu və yalnız prezident tərəfindən uzadıla bilərdi.