Putin oxşarıyla bağlı suala cavab verdibackend
Rusiya prezidenti Vladimir Putin öz oxşarı ilə bağlı bir suala cavab verib.
“Yeni Gündəm” Gazeta.az-a istinadla xəbər verir ki, bu haqda Rusiya Federasiyasının başçısına TASS-ın “Vladimir Putinə 20 sual” layihəsində sual verilib.
Jurnalist Andrey Vandenko Putin soyadı ilə bağlı internetdə populyar axtarışları yoxlamaq qərarına gəlib. Axtarışlar arasında “Putin instagram”, “Putin Zelenski”, “Putin oxşar dəlillər” kimi axtarış cümlələri olub. Bununla əlaqədar o Putindən soruşub: “Oxşarınız varmı?” Dövlət başçısı suala “yox” deyə cavab verib.
Eyni zamanda prezident bir vaxtlar belə bir fikrin yarandığını etiraf etsə də, “Ancaq mən oxşardan istifadə etmək fikrindən imtina etdim. Bu, terrorizmə qarşı mübarizənin ən çətin vaxtlarında olub”, – deyə prezident cavab verib.