Putin Qorbaçovla vidalaşdıbackend

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin hazırda Kalininqradda olduğunu, ora yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını söyləyib:.

“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və.dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da qeyd edib ki, Qorbaçovun dəfn mərasimində dövlət dəfn mərasiminin elementləri, o cümlədən fəxri qarovul dəstəsi olacaq. Onun sözlərinə görə, dövlət dəfn mərasiminin təşkilinə kömək edəcək.

APA