Putin TikTok hesabı açır?backend

Rusiya prezidenti Vladimir Putin İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini nümunə götürərək TikTok və digər sosial şəbəkələrdə hesab açmağı planlaşdırmır.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, planlaşdırmır ”- Kremlin sözçüsü jurnalistlərə “Putin sosial şəbəkələrdə hesab açmaqla bağlı fikrə yenidən baxmağı planlaşdırırmı?” sualın cavabında deyib.

Qeyd edək ki, Berluskoni TikTok sosial şəbəkəsində profil açıb, ilk videosunda gənclərə müraciət edib.

APA