Putin Ukrayna regionları ilə bağlı müqavilələri təsdiqlədibackend

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında müqavilələrin ratifikasiyasını təsdiqləyib.

“Yeni Gundem”-in məlumatına görə, Rusiya Prezidenti oktyabrın 3-də Dövlət Duması, 4-də Federasiya Şurasının ratifikasiya etdikləri müqavilələri təsdiqləyib.