“Qan tökülməməsi üçün geri qayıdırıq” – Priqojinbackend

Rusiyada üsyana qalxan “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin fikrini dəyişib.

“Yeni Gundem” xəbər verir ki, o, Moskvaya doğru gedən hərbi karvanını geri çevirdiyini bildirib və qardaş qanı axıtmaq istəmədiyini bəyan edib.

“Rus qanının töküləcəyi ilə bağlı bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq karvanımızı çevirib əks istiqamətdə səhra düşərgələrinə gedirik”, – deyə o qeyd edib.