Qaraciyər sirrozu (Hepatit C) xəstəsi olan qadının həyatı təhlükədə – Köməyə ehtiyacı varbackend

43 yaşlı Nuridə Nağıyeva 22 ildir qaraciyər sirrozu (Hepatit C) xəstəliyindən əziyyət çəkir. Eyni zamanda Nağıyeva uşaq yaşlarından Beta Talassemiya xəstəsidir. Nuridə xanım illərlə sirrozdan müalicə alsa da, bu xəstəlikdən qurtula bilməyib. Əksinə daha da ağırlaşıb.

Təxminən mart aylarında xanım Ağayeva Yeni Klinikada müayinə olunub. Ona donor axtarılıb. Böyük oğlu Murad analizlər verərək anasının donoru olub. Lakin qaraciyərin köçürülməsinə maddi imkanları çatmadığı üçün əməliyyat etdirə bilməyiblər. Deyilənə görə, xanımın əməliyyatına 70 min manat pul lazımdır. Nuridə Ağayeva Yenigundem.az saytının vasitəsilə Azərbaycan xalqına müraciət edərək onlardan imdad istəyir. Onun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında hər kəsdən maddi yardımın edilməsini xahiş edib.