Qənirə Paşayeva Adel İbrahimlə görüşüb – FOTObackend
MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayeva Misirin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşüb. Görüş, cənab səfirin dəvəti ilə bu ölkənin səfirliyində baş tutub.
“Yeni Gündəm” xəbər verir ki, cənab səfir “Sirlər dünyasına səyahət: MİSİR” kitabının yazdığına, kitabın nəfis tərtibatla nəşrinə və təqdimatına görə Q.Paşayevya təşəkkür edib.
Cənab Adel İbrahim iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki Zəfər münasibəti ilə təbrik edib.
Q.Paşayeva dəvətə və xoş sözlərə cənab səfirə təşəkkür edərək, Misirə səfərlərindən, orada beynəlxalq tədbirlərdə iştirakından, görüşlərdən, təəssüratlarından və ölkələrarası əlaqələrdən söz açıb:
“Ölkələrimiz arasında rəsmi və ictimai institutlar xətti ilə baş tutan görüşlər, alimlərimizin, mədəniyyət, incəsənət xadimlərimizin səmimi əlaqələri sevindiricidir. Qarşıdan Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü gəlir. Bu ərəfədə, Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü olaraq belə bir kitabla çıxış etməkdən məmnunam”.
Səfirlə Komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.