Rusiya bayrağının SSRİ bayrağı ilə əvəz edilməsi təklif olundubackend

Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.

Bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.