“Rusiya dialoqa hər zaman açıqdır” – Putinlə Makronun danışığının TƏFƏRRÜATIbackend

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasındakı söhbətin təfərrüatları məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı rəsmi Kreml açıqlayıb.

Qeyd olunub ki, Putin Donbasın mühafizəsi üzrə xüsusi əməliyyatın gedişi və Azovstaldan mülki əhalinin təxliyəsi barədə Makronu məlumatlandırıb.

Makron isə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını ifadə edib. Putin bununla bağlı problemlərin ilk növbədə Qərbin sanksiyalarından qaynaqlandığını vurğulayıb.

Rusiya dövlət başçısı, həmçinin Kiyevlə danışıqlardakı prinsipial yanaşmalarını açıqlayıb və Rusiyanın dialoqa hər zaman açıq olduğunu bildirib.