Rusiya məktəblərində tətil elan olundubackend

Rusiyada koronavirus səbəbindən məktəblərdə tədris martın 23-dən aprelin 12-nə qədər dayandırılacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiyanın Təhsil naziri Sergey Kravtsov regional təhsil şöbələri ilə əlaqələndirmə və qarşılıqlı fəaliyyət üzrə işçi qrupunun ilk iclasında açıqlama verib.

“Eyni zamanda, məktəblilər üçün distant təhsilin təşkili də həyata keçiriləcək”,- deyə o, bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada koronavirusa yoluxma ilə bağlı 114 hadisə qeydə alınıb.