Rusiyanın bir sıra şəhərlərində yenidən etiraz aksiyaları keçirilirbackend

Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilir.

“Yeni Gündəm” TASS-a istinadən xəbər verir ki, artıq paytaxt Moskvada “Çistıye qrudı” və “Trubnaya” metro stansiyaları yaxınlığında bir qrup gənc saxlanılıb. Onların arasında xarici vətəndaşın da olduğu bildirilir. Bundan başqa, şübhəli şəxslərin çantaları yoxlanılır.

Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.

Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.

Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.