Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilərbackend

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola bilər.

“Yeni Gündəm”-in xəbərinə görə, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.

M.Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Qeyd edək ki, rotasiya qaydalarına görə, Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi.