Sankt-Peterburqun səmasında naməlum uçan obyekt müşahidə edilib, aeroport bağlanıb, havaya qırıcılar qaldırılıbbackend

Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.

Məlumatı “İnsayder” yayıb.

Hadisə ilə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.

Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. “Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli hakimiyyət Sankt-Peterburq hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyini təsdiqləyib./Report