Şarl Mişel: “Rusiya Ukraynanın işğalına görə məsuliyyət daşıyır, ona görə də bunun əvəzini ödəməlidir”backend

Avropa Şurasının prezidenti Şarl Mişel hüquq xidmətinə Avropadakı dondurulmuş Rusiya aktivlərinin Ukraynaya necə köçürülməsi ilə bağlı həll yolu tapmaq üçün ideyalar hazırlamağı tapşırıb.

“Yeni Gündəm” xəbər verir ki, o, bunu “İnterfaks-Ukrayna”ya müsahibəsi zamanı bildirib.

Mişel qeyd əlavə edib ki, bu proses müəyyən vaxt aparacaq: “Rusiya Ukraynanın işğalına görə məsuliyyət daşıyır, ona görə də bunun əvəzini ödəməlidir”.