Say ona görə artıb ki: Bu şəxslər də koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunur – TƏBİBbackend

“Son həftələr aktiv xəstə sayından da çox koronavirus testi neqativ çıxmış, yaxud çıxmamış ikitərəfli pnevmoniya xəstələrimiz var. O xəstələr artıq keçən həftədən koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunurlar”.

“Yeni Gündəm” Xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y. Qarayevanın sözərinə görə, kliniki olaraq koronavirus əlamətləri görünürsə, həmin xəstələr koronavirus xəstələri kimi qəbul edilirlər: “Belə xəstələrimiz çoxdur”.
Xəzər
Cebhe.info