Səfir Elmira Axundovadan növbəti biabırçı qalmaqal — Ukrayna polisi görüntüləri YAYDI (VİDEO)backend
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır.
“Yeni Gündəm” Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir.
Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı “Operativ Kiyev” mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan “Toyota Land Cruiser”in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb.
Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.
Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını “harın padşahlar” adlandırıb.
Xatırladaq ki, Elmira Axundovanın oğlu Həbib Axundov da tez-tez qalmaqallı məsələlərlə medianın gündəminə gəlir.
7news.az