Bu gün Sfera.az xəbər portalının 10 yaşı tamam olur.
2012-ci ilin bu günündə fəaliyyətə başlayan sayt ötən müddət ərzində özünəməxsus xəbərçilik tərzi ilə geniş oxucu kütləsini öz ətrafında birləşdirə bilib.
Sfera.az müstəqil media orqanı olaraq, tərəfsizliyini qorumağı bacaran azsaylı media quruluşlarındandır. Cəmiyyətdəki problemlərin aşkarlanmasında və işıqlandırılmasında özünəməxsus rolu olan Sfera.az bu gün ölkənin nüfuzlu xəbər saytlarından biridir.
Xəbər portalı Azərbaycanda baş verən hadisələrlə bərabər, bütün dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələri oxuculara təqdim edir.
Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.
Ölkənin media qurumları arasında ilk onluqda qərarlaşan sayt bundan sonrakı fəliyyətində də operativ fəaliyyət göstərərək, aktual xəbərləri oxuculara çatdırmağa davam edəcək.
Qeyd edək ki, saytın təsisçisi Ozal Məmmədov, baş redaktoru isə İlknur Salamovadır.