Smartfonların keyfiyyətini belə artırmaq olar – Mütəxəssisbackend
Gadjetlərin iş keyfiyyətini necə artırmalı və niyə smartfonların məhsuldarlığı azalır?
“Yeni Gündəm” xəbər verir ki, bu haqda “Kcell” ASC-nin biznes bazarının inkişafı departamentinin direktoru Pyotr Dzyuba məlumat verib.
Mütəxəssis izah edib ki, smartfon performansının azalmasının əsas səbəbi tətbiqlərin və müxtəlif faylların çoxluğu üzündən yaddaşın azalmasıdır.
“Telefonu vaxtaşırı təmizləməlisiniz: istifadə etmədiyiniz tətbiqləri, həmçinin sənədlərin surətini, lazımsız və köhnə sənədləri, uğursuz foto və videoları silin”, – Dzyuba deyib.
Mütəxəssisin “Praym”a deyib ki, smartfonun fəaliyyətini zəiflətdiyi üçün parametrlərdə effekt və animasiyaları söndürmək olar. Kiçik nasazlıqları aradan qaldırmaq üçün smartfonu söndürüb-açmaq və ya smartfonu zavod parametrlərinə qaytarmaq lazımdır.