ŞOK HÜCUM: PUA-larla yanacaq daşıyan gəmilər bombalandıbackend

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində yanacaq daşıyan 3 tankerdə partlayış baş verib.

“Yeni Gündəm” Röyters agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. 3 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Polisin ehtimalına görə, tankerlər PUA-larla vurulub. Musaffa və Əbu-Dabi Beynəlxalq hava limanı ətrafında dron hissələrinin tapılması da bu ehtimalı gücləndirir. Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra Əbu-Dabidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Lakin hadisə ərəfəsində Yəməndəki Husi üsyançıların Birləşmiş Ərəb Əmirliklərinə hücum təşkil etdiklərini açıqlayıb. Onlar hücumun detalları barədə məlumat verməyiblər.