İranda 20 mindən çox insan koronavirusa yoluxubbackend

Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 123 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1,556 -ya çatıb.

“Yeni Gündəm” in xəbərinə görə, İranda yeni 966 virusa yoluxma halı aşkarlanıb ki, bu da ölkə üzrə 20,610 fakt təşkil edir.

7,635 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.