SON DƏQİQƏ: Bakı Baş Gömrük İdarəsində əməliyyat: Saxlanılanlar varbackend

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

“Yeni Gündəm” xəbər verir ki, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Gündəm”in sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.