SON DƏQİQƏ: ÇİNİN NƏZARƏTDƏN ÇIXAN ROKETİ HARA DÜŞƏCƏK ?backend

Bir neçə gün ərzində Yerə düşməsi gözlənilən raket hissələri ilə əlaqədar açıqlama verən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin,
raket parçalarının əksəriyyətinin atmosferə girdikdən sonra yanacağını və yaşayış məntəqələrinə ziyan vurma ehtimalı olmadığını izah etdi.
O, vəziyyətin şişirdilməməsi lazım olduğu qənaətindədir.

“Yeni Gündəm” xəbər verir ki, kosmosda söz sahibi olan digər ölkələrdən yeni açıqlamalar verildi. ABŞ Müdafiə Katibi Lloyd Austin jurnalistlərə hissələri dünyaya düşməsi gözlənilən roket cisminə vurmağı düşünmədiklərini dedi. Onlar parçaların yaşayış sahəsinin xaricinə düşəcəyini və heç kimə zərər verməyəcəyini ümid edir.
ABŞ Kosmik Nəzarət şəbəkəsi, raketin bazar günü günortaya yaxın düşəcəyini gözlədiklərini söylədi, ancaq dəqiq bir tarix verilməyəcək.
Digər kosmik rəsədxanalara görə, şənbə günü 11.00 ilə bazar ertəsi 05.00 arasında bir müddət var. Bununla birlikdə, yeni məlumatlar əldə edildikdən sonra tarix dəyişə bilər.
Raketin hazırkı sürəti səbəbindən hara eniş edəcəyi bəlli deyil. Lakin mütəxəssislərin fikrincə yaşayış məntəqəsinə düşmə ehtimalı çox azdır.
Ən çox ehtimal olunan ssenari raketin dənizə düşməsidir.
Raketin orbitdə hərəkətini izləyən Pentaqona görə, yerini müəyyənləşdirmək hələlik mümkün deyil. Pentaqon sözçüsü John Kirby dünən “Harada düşəcəyini dəqiq bilmək hələ tezdir” dedi. Ayrıca, sürətini nəzərə alaraq, trayektoriyasında kiçik bir dəyişiklik toqquşma nöqtəsində böyük bir fərq yarada bilər. Dünyanın təxminən yüzdə 71-i okeanlarla örtülüdür. Bu səbəbdən, ən çox ehtimal olunan ssenari raketin okeana çırpılmasıdır.
Mütəxəssislər, parçaların şimalda New York və Madridlə cənubda Yeni Zelandiyadakı Çili ilə Wellington arasındakı bir bölgəyə düşə biləcəyini təxmin edirlər. Riskli yerlər arasında İstanbul və Ankara da daxil olmaqla Türkiyənin bir çox şəhəri var.
Long March 5B raketi hazırda 170 ilə 372 kilometr arasındakı hündürlükdə orbitdə hərəkət edir, lakin bu gün 160 kilometrə düşdüyü görülür. İtaliyada yerləşən Virtual Teleskop Layihəsi robot teleskopu “Elena” ilə raketin ilk görüntüsünü çəkdi.
ABŞ gözləmək və görmək qərarını alarkən, Rusiya kosmik agentliyi Roscosmosun rəhbəri Dmitriy Rogozin də raket parçalarının düşə biləcəyi ərazini göstərən xəritəni paylaşdı.

Mənbə: Yenigundem.az

Aynur Abdullayeva