SON DƏQİQƏ: Makrondan Qarabağ açıqlamasıbackend
Fransa Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həll yollarının axtarılmasını dəstəkləyir.

“Yeni Gündəm” TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, 9 noyabr atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ probleminə davamlı bir siyasi həll yolu tapmaqda qətiyyətlidir.

Qeyd edək ki, Fransa, ABŞ və Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətsizlik və passivliyinin fonunda işğalda olan ərazilərini beynəlxalq hüquq çərçivəsində azad edərək problemi yalnız özünün icazə verdiyi ölkələrlə həll etmək istiqamətində tədbirlər gördü. Artıq ATƏT-in Minsk qrupu və bənzər qurumların Dağlıq Qarabağla bağlı hər hansı təşəbbüsə cəhd göstərməsi və hər hansı fikir bəyan etməsi gülünc və komik səslənir.

Görünür, Emmanuel Makron “qış yuxusu”ndan yeni ayılmaq üzrədir.