SON DƏQİQƏ! Rusiya bu şəhəri vurdu: Xeyli itki varbackend

Rusiya hərbçilərinin Ukraynanın Dnepr şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko teleqram kanalında məlumat verib.

O, qeyd edib ki, raketlər sənaye müəssisəsinə və onun yanındakı küçəyə düşüb. Rezniçenko Rusiyanın bu hücumu ilə bağlı göstəricilərin ilkin məlumat olduğunu qeyd edib.

Vilayət hərbi administrasiyasının sədri bildirib ki, dağıntının miqyası dəqiqləşdirilir.