SON DƏQİQƏ: “Taliban” 4 saat vaxt verdibackend

“Taliban” silahlıları hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda bu regionu onlara təhvil verməsi üçün dörd saat vaxt verib.

“Yeni Gündəm” xəbər verir ki, “Al Arabiya” telekanalının məlumatında qeyd olunur ki, hərəkatın dəstələri bu əyalətin ələ keçirilməsi əməliyyatına başlamaq üçün tam hazırdırlar.

Bununla yanaşı, Qətərin “Al Jazeera” telekanalı qeyd edir ki, taliblər yaxın vaxtlarda Məsudla görüş üçün nümayəndə heyəti göndərmək niyyətindədirlər.

Qeyd edək ki, Əhməd Məsud 90-cı illərin sonlarında “Taliban”a qarşı mübarizə aparan “Şimal alyansı”nın lideri, 2001-ci ildə həlak olan Əhməd Şah Məsudun oğludur.