SON DƏQİQƏ: Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin artdıbackend

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 76 nəfər artaraq, 725-ə çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

 

Son 1 gün ərzində 3892 nəfər virusa yoluxub. Bununla da virusa yoluxanların sayı 34 mini ötüb. Nazirin sözlərinə görə, koronavirusa yoluxan daha 256 xəstə isə sağalıb.