Şoyqunun qızı bloqqerə ərə gedir – FOTOLARbackend

Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya ailə həyatı qurur.

“Yeni Gündəm” xəbər verir ki, o, instaqramda barmağında üzük şəklini paylaşaraq “İndi gəlinəm və səni çox sevirəm”,- şərhini yazıb.

30 yaşlı Kseniyanın idman sahəsi üzrə bloqqer Aleksey Stolyarovla evlənəcəyi bildirilir. O, 30 yaşındadır, instaqram, yutub və tiktok-da video paylaşaraq populyarlaşıb. Onun tiktokdakı abunəçilərinin ümumi sayı 5. 5 milyon nəfərdir. Həmçinin Stolyarovun öz idman geyim markası var.

Sergey Şoyqunun kiçik qızı olan Kseniyanın fəaliyyəti mahiyyət etibarilə idmanla əlaqəlidir. O, Rusiya Triatlon Federasiyasının prezidenti, eyni zamanda Qəhrəmanlar Liqası layihəsinin rəhbəri və Qəhrəmanların Yarışı layihəsinin təşkilatçısıdır.