“Yeni Gundem” Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyevlə müsahibəsini təqdim edir.
Qasım müəllim ilk olaraq icazə verin xalqımızın qəhrəmanlıq bayramı -Zəfər bayramı münasibətilə sizi təbrik edim .Tarixi zəfərdən iki il keçir.Necə bir hissdir?
Zəfər bayramı Azərbaycan xalqının ən qiymətli hisslərindən biridir .Ona görə ki, ən azı 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, işğal etdikləri əraziləri xaraba günə qoyanların layiqli cavabları verildi. Keçən əsrin əvvəllərindən bünövrəsi qoyulmuş Ermənistan -Azərbaycan “Dağlıq Qarabağ “ münaqişəsinə son qoyuldu. Azərbaycan ərazi bütövlüyünün təmin olunmasına çox böyük addımlar atıldı. Bu hələ Azərbaycan xalqının, dövlətinin, dövlət rəhbərinin nail olduğu əyani, faktiki məsələlərdir Eyni zamanda xalqımızın neçə illərdir ki,məruz qaldığı mənəvi zərbələri var .Mənəvi zərbələrin yeridə sağalmağa başladı .Çünki hər bir anda, hər bir danışıqda ,hər bir çıxışda ,hər bir azərbaycanlı çox böyük narahatçılıq, əzab keçirirdi. Bu qələbə bunlara son qoydu. Azərbaycan torpaqlarını belə sürətlə, özüdə 6 ildə ermənilərin işğal etdikləri əraziləri 44 günə azad olunması xalqımızın, dövlətimizin, ordumuzun dilini uzun etdi. Dünya ölkələri arasında söhbətimizi yüksəkliklərə qaldırdı. Çox sevindirici haldır.Bu Zəfər bayramı mən deyərdim ki, Azərbaycan xalqının keçirtdiyi bayramlar içərisində ən qiymətli, dəyərlisidir.
Azərbaycan xalqının hünərini, şöhrətini, Azərbaycan xalqının döyüş ruhuna malik olan bir xalq olduğunu bütün dünya ölkələrinə göstərdi. Buna görədə çox qiymətli bir gündür.
Sizcə Azərbaycan hal hazırda tarixin hansı dövrünü yaşayır?
Müharibə çox ağırdır.Müharibə ilə bayramı uyğunlaşdırmaq. yaxın gətirmək düzgün deyil. Tamamilə təzadlı fikirdir. Bu baxımdan baş vermiş müharibələrin bir- birilə fərqli və oxşar cəhətləri var. Biri var ədalətli müharibə, biridə var ədalətsiz müharibə. Azərbaycan xalqı heç vaxt ədalətsiz müharibə aparmayıb
.Tarixlər boyu türkün apardığı müharibələr bütün ərazilərdə adını nə qoyursan, qoy orda sülh yaranıb.İnsanların qorunması yaranıb.Tarixi şəraitdə dövlətlərini qoruyub inkişaf edib O zamankı,türkün hökmranlığına son qoyuldu. Avropa dövlətlərinin işğalçı yürüşü başladı. Ondan sonrada sülhə, əmin-amanlığa son qoyuldu. Xalqların yaşaması üçün çətinliklər meydana gəldi. Bu günə qədərdə Azərbaycan xalqı kimi böyük tarixi ənənəsi olan, dövlətçilik ənənəsi olan bir xalqın tarixindədə çox böyük ağır günlər oldu.Xalqımızın ağırlı günləri birmənalı olaraq həmin imperiyaların çəkişməsindən meydana çıxdı. Şimalda-Rus imperiyası, cənubda-İran imperiyası.Azərbaycan kimi gözəl firavan yaşamağı bacaran, strateji əhəmiyyəti olan,mənəvi cəhətdən qüdrətli olan, dövlətçilik baxımından gözəl ənənəsi olan xalqı həmişə çətinlikdə saxlamağa çalışıb. İndiki zəfərdən sonra doğrudanda tarixdə çox böyük dönüş yaranıb.Elə bir dönüş yaranıb ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının birlikdə hərəkəti, hər ikisinin regionda böyük nüfuza malik olduğunu göstərir.Hələ göstərəcəkdə.Kim inanır, inansın.İnanmayan, inanmasın.Türkiyə Cümhuriyyətinin başlatdığı, Azərbaycanla birlikdə davamlı addımlayaraq,hərəkət elədəyi bu məqamda Orta Asiya türk xalqlarının, Rusiyanın tərkibindəki türk dövlətlərinin və bütün dünya türklərinin birliyi ilə qüdrətli mərkəz yaratmaq mümkündür.Göbələk kimi sonradan yaranan, dünyaya meydan oxuyan dövlətlərin bütün ləyaqətsiz məqsəd və məramlarına son qoyulacaq .Bu baxımdan indiki qələbələrin çox böyük tarixi əhəmiyyəti var.Həm Azərbaycan, həmdə türk xalqları üçün böyük inkişaf dövrüdür. Türkün əsl tarixi dövrüdür. Mənə elə gəlirki, daxildən olan satqınların çıxarılması şərti ilə dünyada olan böyük məqamların ələ keçirilməsində dünya türkləri bu işlərin öhdəsindən gələcək . İnkişaf sona qədər gedəcək.
Vətən müharibəsinin Azərbaycan tarixində baş verən digər müharibələrlə oxşarlığı varmı?
Bir vaxtı İkinci dünya müharibəsini, Vətən müharibəsi adlandırırdıq, nə birinci dünya müharibəsi, nə ikinci Dünya müharibəsi, Azərbaycan xalqının Vətən müharibəsi ola bilməz. Hər ikisindədə xalqlarımız böyük ağır zərbələr alıb, böyük itkilər verib. Xalqımız həm iqtisadi baxımdan, həm fiziki baxımdan, həm əhali baxımından bu müharibələrdə çox böyük ziyan görüb. Amma qazandığı heç nə olmayıb. Olsaydı İkinci Dünya müharibəsində Azərbaycan neftinin və Zülfəli İbrahimovun kəşf etdiyi yüksək oktanlı benzinin hesabına qalib gələn SSRİ- nin rəhbərləri Azərbaycanın paytaxtı Bakı şəhərinə adi bir qəhrəman şəhəri adı da vermədilər. Amma qısqanclıqdan gözü götürməməkdən onu da vermədilər. Bunlar hamısı bir tarixçi kimi hamımızın yadındadır. Qəlbimizdə ağır bir yaradır, amma onun əvəzində 20 yanvarda həmin Azərbaycan vaxtilə silahları Azərbaycan, daha doğrusu, neftin hesabına dünyada qələbə çalan Moskva həmin , o həvəslə, o sürətlə farssız Albaniyasının üzərinə göndərdiyi silahları Azərbaycan xalqının üzərinə göndərdi. Dəhşətli tarixi bir proses idi. Onları həm yazmışıq, həm oxumuş, həm də gözümüzlə görüb yaşamışıq. Bu cavanlar bilmirlər, biz onları gözümüzlə gördük. İndiki Vətən müharibəsini qətiyyən hər hansı müharibə ilə müqayisə eləmək düzgün deyil. Əsl Vətən müharibəsi budur. O, müharibədə can qoyub babalarımız, atalarımız o müharibədə can qoyub qayıdanları belə altında qoydular. Çoxsunu ancaq azca lüqotlar, bir də medallar verməklə aldatdılar. Amma haqq ədalətə gələndə heç bir böyük üstünlük vermədilər xalqımıza, dövlətimizə də, vətənimizə bu cür hörmətlə yanaşmadılar. Amma indinin özündə dəfələrlə yazdıq ki, Moskva erməniləri fitva verib, Azərbaycan torpaqlarını işğal etdirəndə silah verib, azərbaycanlıları qırdıranda, özləri döyüşüb Azərbaycan torpaqlarını alıb erməniləri gəlib oturanda onda utanıb çəkinmədilər. Ona görə biz niyə utanmalıyıq? Qoy onlar utansınlar. Mən bunu həmişə cəsarətlə demişəm. Elə hesab eləmə, indi deyirəm, Vladimir Kazimirov ATƏT in həmsədrlərindən biri heyətin nümayəndəsi haqqında kitab yazdım. Rusiyaya da tərcümə edib göndərdilər Moskvaya oxusunlar. Onlar utansınlar, onlar utansınlar pyotrdan. Bu günə qədər həmişə Azərbaycan xalqına zərbə vurmaqla məşğul olublar. Ona görə də onların tərkibində ümumi SSRİ ni Vətən qoyub. O, vətən uğrunda, Azərbaycan övladlarını qırğına verənlər, dediyim kimi, sonra heç onların qədrini də bilmədilər. Xırda şeylərlə baş aldatmağa çalışdılar. Amma onun əvəzində Azərbaycan torpaqlarını işğal eləyib bu dünyanın ən alçaq tayfası olan ermənilərə verdilər. Ermənilər qədər mundar, bütün dünya mütəfəkkirləri ermənilər haqqında elə alçaldıcı sözlər deyirlər ki, özü onların xarakterinə uyğun olaraq heç vaxt biz onları demirik. Amma təəssüf ki, demirik. Ona görə ki, biz ədəb gözləyirik. Biz tərbiyə gözləyirik. Biz efirdən hər şeyi demirik. Amma onlar nə desən layiqdir. Onun arxasında duranlara, ondan da ağır sözlər deməyə layiqdirlər. Amma bütün bunların hamısının axırında bir şey çox sevindiricidir ki, artıq Azərbaycan, Azərbaycan dövləti, ordusu, xalqı hamısı birlikdə bu Vətən müharibəsində öz torpaqlarını işğaldan azad elədi. Bax, ən qiymətli bayram elə budur. ən qiymətli sülh, ən qiymətli müharibə nəticəsi budur. Vətən müharibəsi də budur.
44 günlük vətən müharibəsi dövründə gözləmədiyiniz anda hansı xəbəri eşitdiniz ?
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində çox qiymətli bir andır və dünya tarixinə düşəcək, düşə biləcək böyük bir qələbə günləridir. Onun hər bir nüansı, hər bir anı, döyüş taktikası, texnikalardan yüksək səviyyədə istifadə o qədər qiymətlidir ki, bununla dünya hərbçiləri də çox maraqlanır və həvəslə öyrənirlər. Amma bir tarix kimi mənim özüm də bəzi hisslərim var. Sentyabr ayının axırında mən indiki Basarkeçər rayonundan Kəlbəcərə gedən yolun düz üç kilometrliyində idim. Ondan qabaq bir erməni təxribatçı qrupu göndərmişdilər. Orda mən onu tutan adamlarla hətta söhbətlər elədim. Onlar gəlib orda diversiya törətdilər. Rusiyanın ora diqqətini cəlb etmək fikirləri var idi. Bunu çox adam bilmir. Mən yaxşı bilirəm, amma təsəvvür elə ki, onda bizim agentliklərdən zənglər oldu. Mənə həm whatsapp, həm telefonla. Qasım müəllim, deyilənə görə, Basarkeçər rayonundan Kəlbəcərə gələn yol tutulub. Azərbaycan döyüşçüləri o yolu tutub erməniləri buraxmır. Mən o qədər sevindim, o qədər həyəcan keçirdim, inan adamın az qalır başı havalansın. Yəni bu həqiqətən bəlkə də tarixdə ən böyük möcüzələrdən biri idi. Onu bilən bilir nədi o nə demək? Çünki düşmənə qalib gəlmək üçün o dərəcədə ağıllı və sərrast hərəkət eləmək lazım idi. Onu elədilər. Adi adamların heç vaxt ağlına gəlməzdi. Onu Azərbaycanı tanıyan, yüksək hərbi döyüşçü qabiliyyəti olan adamlar düşünüb bunu eliyə bilərdi. Çünki bilirsiniz biri var adamın ayağından yapışasan. Biri var, paltarından yapışasan, biri var, əlindən, biri var düz boğazından . Boğazından. Mən bunu o cür müqayisə eləyirəm. Onların Vardenis, adlandığıdırdığı. Basarkeçər ərazisindən Kəlbəcərə çox milyonlarla xərc qoyub, elə bir yol çəkib elə bir tunel düzəltmişdilər ki, elə bilirdilər ki, burda ildırım sürətinə girib çıxıb orda hər şey eləyə biləcəklər. Mən onları gördükcə bu sosial şəbəkələrdə bağrım çatlayırdı. Bunlar Azərbaycan ərazilərini ayaq altına çeviriblər. Onda mən sənə deyim ki, intervedə dedim. Bircə dedim kəlmə ilə. Demək olar ki, bu, birdən birə baş verən və qəflətən baş verən bu ermənilərin Tovuzda törətdiyi təxribatın cavabını vermək üçün ən ləyaqətli cavab idi. Bu, ən düzgün mövqe idi. Bu, təkcə Tovuz təxribatının qarşısını almaq üçün yox, 30 ilə qədər Azərbaycan torpaqlarını əsarətdə saxlayan, 20 faiz ərazini əsarətdə saxlayan ermənilərin cavabını vermək üçün ən gözəl, ən ləyaqətli başlanğıcı idi. Ona görə də mən o dövrü alqışlayıram və bu 44 gün davam edən müharibə həmin o başlanğıcın davamı idi.Araz sahili boyunca hücumları davam etdirmək də böyük strateji və hərbi əhəmiyyətli bir tədbir idi və bu tədbir nəticəsində gördüyünüz kimi, buradan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ardıcıl nəhayət ki, bu ayda noyabr ayının səkkizinə qədər Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının gözünü açdı, Azərbaycan xalqına böyük nəfəs verdi. Həvəs verdi, həm tarixini şərəfli tarixə çevirdi, həm də xalqını çox böyük şöhrətli elədi. Ona görə o şəhidlərimizə, orada qanı ilə canı ilə o torpaqları azad edən Azərbaycan oğullarına şəhid olanlara qəni qəni, rəhmət diləyirəm. Yerləri behişt olsun. Azərbaycan xalqı nə qədər sağ qalınca, nə qədər bu dövlət yaşasa, onlara borcluyuq. İkincisi, o qazilərə Allahdan şəfa diləyirəm. Can sağlığı arzu edirəm. Qoy onların başı dik olsun. Mənim yaxın qohumlarım və hətta doğma oğlum belə birinci Qarabağ müharibəsində döyüşdə olub, həkim kimi orada iştirak edib, orada böyük zədə alıb. Uzun müddət onun ağrısını çəkib, amma bu günlərə hamı sevinir ki, bu İkinci Qarabağ müharibəsi, 44 günlük müharibəsi həm Azərbaycan torpaqlarını işğaldan azad etdi, Azərbaycan xalqının dilini uzun elədi. Birinci Qarabağ müharibəsi döyüşləri döyüşən, Onların əməyini, zəhmətini qiymətləndirdiyi, həm də Azərbaycan dövlətini dünya dövlətləri içərisində ən şöhrətli bir dövlət kimi tanıtdı.
Qasım müəllim Qarabağ adında münaqişə nə vaxtdan başladı ?
Əslində şifahi olaraq Qarabağ münaqişəsi də deyillər. Dağlıq Qarabağ münaqişəsi deyirlər, Dağlıq Qarabağ, yaxud Qarabağ problemi də deyirlər. Bunlar şifahi nitqdə gedən fikirlərdi. Amma elmi izahı, elmi formada yazılışı var. Bu münaqişənin adı rəsmi şəkildə belə adlanır. Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, özü də ortada vergül, qoymaq lazımdır. Qramatika dərsi deyil. Yəni Azərbaycan, Qarabağ birlikdə deyilməlidir. Azərbaycan, Qarabağ münaqişəsi, yəni bunun Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ermənistan isə bunun əleyhinədir. Ermənistan isə müharibənin başlandığına görə birinci yerdə Ermənistanın adını yazırıq. Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Bu münaqişənin adı budur, amma bəzən də səhv edərək onu hansısa televizor larında və yaxud bir də görürsən ki, o qrammatikaya uyub belə işlədilər. XX əsrin sonlarında dağlıq qarabağ münaqişəsi başladı filan, filan, filan. Amma bunlar tamamilə səhvdi. XX əsr Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX əsrin əvvəlinə axırına başlamayıb. Bu münaqişənin bünövrəsi XX əsrin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə başlanıb. Əsası onda qoyulub. Çünki ona qədər bu erməni adında vilayət adında Azərbaycanın bu torpaqların bölünməsi adında heç bir söhbət yoxdu. Qarabağ bütöv Qarabağdır, onun yuxarı hissəsi var, aşağı hissəsi var, onun dağlıq hissəsi var, aran hissəsi var. Bu, coğrafi məkandır, coğrafi mənadadır. Amma Ermənistanın bunu adlandırdığı Dağlıq Qarabağ inzibati ərazi hüququ verdi. Moskva orada erməni dövləti yaratdı, İrəvanı da verməklə Ermənistan yaratdı. Azərbaycan xalqının ürəyinə dağ çəkmək üçün burada da Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı. Heç nə hüquqi, nə tarixi bir zəmin yox idi. Heç bir əsası yox idi. Orada Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı və ondan da bu münaqişə başlandı.Yəni ermənilər azərbaycanlılara qarşı əsassız ərazi iddiaları irəli sürdü. Dedi ki, bu bizim ata babadan bizim torpaqlarımız olub. Dağlıq Qarabağ ərazisi Arsaq adında dövlət olub, Tamam uydurma, tamam yalan. Bax bu yaxınlarda arsaq kitabı buraxdıq. Üç dildə- Azərbaycan, ingilis və rus dillərində. Getsin zəhmət çəksin oxusun.
29 may 1918- ci ildə AXC ermənilərin digər ərazi iddialarından əl çəksinlər deyə tarixi İrəvan şəhərimizi onlara güzəştə getdi .Bu qərarı qəbul edən milliyyətçilər saxta erməni tarixi ilə tanış deyildilər?
Bu məsələ bizim tariximizin ən incə və ya zədəli dövrləridir. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndə çox müdrik bir fikir söylədi ki, Azərbaycan tarixi yenidən öyrənilməlidir. O bilir ki, Azərbaycan tarixini saxtakarlar, çatışmazlıqlar, ləkələr var, onu bilirdi və orada həm də qeyd edir ki, xüsusi olaraq XX əsrin tarixləri yenidən öyrənilməlidir. Bax bu tarixdə, bu da XX əsrin əvvəllərinə olan dir.Bax bu, Azərbaycan xalqının tarixində ən ağrılı bir məsələdir .
5 iyul 1921-ci ildə Mərkəzi Komitə Nəriman Nərimanovun təkidi ilə əvvəlki qərarına yenidən baxılmasını qərara alır.Qarabağ Azərbaycan SSR nin tərkibində saxlanılır .Sonradan bu sənədə kim müdaxiə etdiki məsələ yenidən baş qaldırdı .Tarixi faktlar nəyi göstərir ?
Deməli, bu məsələ belədir: 21-ci il beş iyul.Mərkəzi Komitə Nərimanovun təkidli əvvəlki qərarına yenidən baxdı. Ən əvvəl qərar verilmişdi ki, bu ərazilər bir müddət ərazilərin neytral ərazilər elan olunması haqqında qərar verildi. Sonra bu qərarlar müxtəlif şəkildə dəyişdirildi. Hətta Kirovun özü də bu məsələlərdə iştirak edirdi. Sonradan Xalq Komissarları Sovetinin sədri olmuşdur. Mən xatırladığıma görə, o mübahisəli məsələlərdən biri də bu ərazilərin mübahisəli ərazilər elan olunması idi. Bu ərazilər Rusiyaya birləşdirilsin, Ermənistana birləşdirilsin. Hətta bir məqalədə yazılırdıki, ermənilərin burada yaşayan Dağlıq Qarabağ əhalisinin Ermənistanla heç bir əlaqəsi yoxdur, necə deyərlər, strateji baxımdan da, iqtisadi baxımdan da əlverişli deyil. Burada birləşdirmək. Amma buna baxmayaraq, arada gedən mübahisələr ancaq çar Rusiyası hökmranlığı rolunu oynadığına görə onun dedikləri əsas götürülürdü. Heç nə ermənilər, nə azərbaycanlıların dediyi Rusiyanın ediyi qədər səlahiyyəti yox idi. Onlar çox şey hansından razı olursa, o həll olunurdu. Narazılıq eləyirdilər, ermənilər də narazılıq eləyirdi, azərbaycanlılar da eləyirdi, münaqişələr də yaranırdı. Amma həlledici söz rusiyanınkı idi və bu baxımdan da Nərimanovun da təkidi ki, başqa əraziləri vermək olar. Belə demək olar, amma Dağlıq Qarabağ ərazisini Ermənilərə vermək olmaz. Ona görə də bütün bu dövrün bolşeviklərinin birlikdə və deyək ki, Moskvanın göstərişi ilə Moskvanın artıq 18-ci ildən Sankt Peterburqdan paytaxt Moskvaya köçürülmüşdü və beləliklə paytaxt Moskva idi və oradan hər şey idarə olunurdu. Leninin göstərişi ilə bundan sonra isə Stalinin göstərişi ilə bu yerlərdə bu ərazi məsələləri belə həll olunurdu. Ona görə də Dağlıq Qarabağ Muxtar Vilayəti yaranması ərəfəsində də belə mübahisələr yarandı və nəhayət ki, Dağlıq Qarabağ, yəni Yuxarı Qarabağ ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti adı ilə Azərbaycan dövlətinin tərkibində qaldı. Amma ora ermənilər üçün yaranmış bir muxtar qurum oldu.
Cənab Prezidentimizin şəkilləri Güney Azərbaycanın,İranın daxilində mərkəzi yerlərdə yerləşdirilib.Bu tariximizin hansı dövrü ilə uyğunlaşır.Ümumiyyətlə şanlı tariximizin hansı dövründən xəbər verir ?
Bizim tariximizin, Azərbaycan tarixinin böyük və geniş bir dövlətçilik ənənəsi olduğu kimi, tarixdə şəxsiyyətlərin də rolu yaddaqalan dövrdür. Elə dövrlər olub ki, orada anarxiya, özbaşınalıq olub. Amma Azərbaycan tarixinin çox qüdrətli dövrləri olub. Məsələn, Azərbaycan tarixində alban hökmdarı Cavanşir tariximizdə böyük rolu olan bir hökmdar olub. Qaraqoyunlu tayfasının başçısı Qara Yusif tariximizdə böyük şəxsiyyət idi. Ağqoyunlu və deyək ki, o, dövrünün ən böyük imperiyalarından biri olan Ağqoyunlu imperiyasının dövlət başçısı Həsən padşahın tarixdən Uzun Həsən də deyirlər. Çox böyük sərkərdə kimi onun yaratdığı dövlətin böyük tarixi ənənəsi var. Amma bütün bunların içərisində Azərbaycan Səfəvilər dövlətinin xüsusi yeri var. Çünki Azərbaycan Səfəvilər dövləti çox böyük bir ərazini əhatə edirdi. Şimaldan Dərbənddən tutmuş cənubda Mosula qədər, Əfqanıstan sərhədlərinə qədər İraqa və indiki İran yaylasını bütünlükdə əhatə eləyən Azərbaycan dövləti çox qüdrətli bir dövlət idi və bu dövlətin başçısı Şah İsmayıl Xətai idi. Şah İsmayıl dövlətin paytaxtı Azərbaycan ərazisi idi. Əvvəl Ərdəbil, Təbriz, sonra digərləri eyni zamanda harada olmasından asılı olmayaraq hamısı Azərbaycan torpaqlarında yerləşir, həm də Azərbaycan dövlət dili türk dili idi. Əyanlar hamısı türk dilində danışırdı. Saray yazışma dili türk dilində idi və bütün Azərbaycanın qüdrətli dövlətlərindən biri sayılır və ondan sonra Əfşarlar dövləti də onun qədər qüdrətli idi. Ona görə bizim indiki dövlətimizin vəziyyətini, artıq Azərbaycan dövlətlərinin işğaldan azad olunmasını nəzərə alaraq qüdrətli bir dövrü hesab etmək olar. Və o dövrün hökmdarlarına onu elə Şah İsmayılın Nadir şahın da müqayisə eliyə bilər. Prezidentimizin Cənubi Azərbaycan, yəni Güney Azərbaycan ərazisində şəkillərinin yerləşdirilməsi təsadüfi deyil, Təbiidir, Çünki sərbəst danışıq deyək ki, natiq diplomatik məharəti olan və dövlətçiliyə, dövlətçilik ənənələrinə düzgün yanaşaraq, Azərbaycan dövlətini, respublikasını idarə edən, yüksək səviyyəli xarici və daxili siyasət yürüdə bilən dövlət başçısının əlbəttə, şəkillərini divarlardan asırlar, onu sevirlər, ona Arxalanırlar güvənirlər, çünki dəfələrlə olubdur. Azərbaycan, Cənub, Güney Azərbaycanda baş verən inqilab Quzey Azərbaycana, yəni Şimali Azərbaycan ərazisinə olan münasibətdə yanaşmada səhvlərə yol verdiklərinə görə tənhalıqdan arxasızlıqdan inqilab axırı məhv olub. İndi xalq bunu görür, bilir və çox böyük inamı olduğuna görə bax bu cür hərəkətlər eləyirlər. Güney Azərbaycan Azərbaycana, onun dövlət başçısına çox böyük inamla rəğbətlə yanaşır və mən də elə hesab edirəm ki, ağrılı, səbrli, dəyanətli siyasət yürüdən dövlət başçısı mənə elə gəlir ki, bu məsələlərin sonuna qədər xalqlarımızın azad olmasına, öz yolunu düzgün başa çatdırmasına kömək edə bilər.
Sizcə Güney türkləri təsbehli ağaya qalib gələ bilər ?
Bu, Azərbaycan xalqının, türk xalqının, xüsusilə Azərbaycanın ən yaralı problemlərindən biri idi. Ən ağır. Çünki nə qədər ki, Azərbaycan iki yerə bölünüb, dünya xalqları içərisində belələri də çox qalmayıb, Var, amma çox deyil. Bu qədər fars rejiminin tutduğu mövqe bu xalqların birləşməsinə heç vaxt imkan verməyib. Bayaq bir söz dedim, hətta Stalin dövründə də imkan var idi, onu da qoymadı. Neçə illərdir bu həsrətlə, bu xalq yaşayır. Gecə gündüz, fikrimiz ordadır. Çox böyük gümanımız var ki, bu həsrətə son qoyular. Qaradan artıq rəng yoxdur. İran rejimi O qədər həddini aşıb ki, mən inanmıram ki, burada son nəfər qalana qədər bu mübarizəni dayandıra bilməzlər. Bu çox pis olar. Çünki Səttarxan hərəkatında nə boyda böyük bir hərəkatı axırda vəhşiliyinə yatırdılar. Məhəmməd Xiyabani hərəkat oldu. Cəfər Pişəvəri hərəkatı da. Yəni ki, İranda yaranan Azərbaycan dövlətini qan içində boğdular. Amma mənə elə gəlir ki, bu tarixdə elə şeylər var ki, birdəfəlik ona son qoyulmalıdır. Yəni bu dəfə fars rejiminə elə son qoyulmalıdır ki, bir daha başın qaldıra bilməsin. Bəsdir bu qədər məhrumiyyətlər.Bu qədər vəhşiliklər olar? Mən saatlarla danışa bilərəm, amma indi bu qədər kifayətdir. Və nəhayət ki, mənə elə gəlir ki, bu hadisələr düzgün məcrada gedərsə, inşallah da gedər və bütün bu xalqlarımızın həsrətinə də son qoyular. Çox vacib məsələdir.
Fərahim RƏHİMOV
Yenigundem.az