Tarkanı təhqir edən Sərdar: “Xatırlamıram”backend

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkanı canlı yayımda təhqir edib. Axşam.az-ın məlumatına görə, Sərdar məsələyə ilk dəfə münasibət bildirib. O, həmin anı xatırlamadığını və Tarkanın onu bağışlayacağını deyib:

“Xatırlamıram. Həmin videonu izləyib canımı sıxmaq istəmirəm. Üzr istəyərəm, o da bağışlayar”.

Qeyd edək ki, Tarkan Sərdarın bu hərəkətinə “Var-dövlətini itirəndə ağlını da itirib, yazıq” deyə, cavab vermişdi.