Koronavirusun onlayn statistikası

TİA.az-ın yaranmasının 11 il tamam olurbackend

TİA.az-ın (Tribuna İnformasiya Agentliyi) yaranmasının 11 il tamam olur.

Azərbaycanın ilk xəbər portallarından olan TİA.az öz dəsti-xətti ilə populyardır və hər gün minlərlə oxucu saytı ziyarət edir.

Xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbərlər yayır. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

TİA.az-ın təsisçisi və Baş redaktoru Əlişir Əhəd bildirib ki, gərgin rəqabət mühitinin hökm sürdüyü və hər gün yeni-yeni saytların yarandığı mövcud şəraitdə TİA.az nəinki öz mövcudluğunu qoruyub, əksinə, ölkənin sayılıb-seçilən portallarından biridir:

“İndiyə qədər TİA.az-da onlarla jurnalist çalışıb. Onların arasında hazırda müxtəlif xəbər portallarına rəhbərlik edən, dövlət və özəl qurumlarda çalışan dostlarımız var. Bilirsiniz ki, TİA.az yarandığı dövrdə Azərbaycanda xəbər portallarının sayı çox az idi. O zaman başa düşürdük ki, gələcək trend internet media ilə bağlıdır və biz çap nəşrindən internet mediaya keçid etdik. Təcrübə göstərdi ki, tamamilə düzgün qərar vermişik”.

“Azərbaycanın milli maraqları bizim üçün hər şeydən üstündür” deyən Baş redaktor qeyd edir ki, fəaliyyət göstərdikləri müddətdə yarım milyona yaxın xəbər portalda tirajlanıb:

“Mətbuat təkcə informasiya vermir, həm də maarifləndirir. Bizim ən böyük amalımız torpaqlarımızın işğaldan azad edilməsi olub. Çox qürurverici haldır ki, TİA.az-ın 11 yaşı Qarabağda aparılan uğurlu əməliyyatlarla eyni dövrə təsadüf edir. İnanırıq ki, yaxın günlərdə torpaqlarımız düşmən tapdağından azad ediləcək və biz TİA.az-ın 12 yaşını Şuşada qeyd edəcəyik”.

Reklam_ADS_sol

Reklam_ADS_sag