Tini Koks yenidən AŞPA-ya prezident seçildibackend

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı quruma prezident seçkiləri keçirilib.

“Yeni Gundem” xəbər verir ki, seçkilər nəticəsində niderlandlı deputat Tini Koks yenidən quruma prezident seçilib.

O, 175 səs qazanaraq ukraynalı rəqibi Oleksandr Mereşkoya qalib gəlib.

Qeyd edək ki, Tini Koks ötən il də qurumun prezidenti vəzifəsini icra edib.

Xatırladaq ki, AŞPA-nın qış sessiya bu gün işə başlayıb. Sessiya 27 yanvarda başa çatacaq.

APA